Haqqımızda
«OUR Technology» MMC - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş şirkətdir. Texnoloji həllər istiqamətində ixtisaslaşıb. Biz insanların əmək qabiliyyətini məhsuldar edən və təhlükəsiz iş mühitini yaradan aparıcı proqram təminatını tətbiq edirik.
OUR Technology MMC 2007-ci ildə yaradılıb. Bu gün biz çoxşaxəli İKT sahələri üzrə
çalışırıq.
Şirkət İKT infrastrukturunun, informasiya təhlükəsizliyi sistemləri və tətbiqi platformaların yaradılması üzrə ictimai əhəmiyyətli lokal və irimiqyaslı layihələrin həyata keçirilməsinə yönəlib. Red Hat, SUSE, Proxmox, eləcə də Dr.Web kimi İT sənayesinin digər nəhəngləri bizim rəsmi tərəfdaşlarıdır.
Biz rəsmi fəaliyyət göstərən və aidiyyatı sənədlərə malik Azərbaycan IT şirkətiyik. 10 ildən artıqdır ki, Azərbaycan və onun hüdudlarından kənarda uğurla fəaliyyət göstəririk.
Biz öz müştərilərimizlə uzun müddətli əlaqələrdə maraqlıyıq. Buna görə də müştərinin layihəsi üçün individual xidmət göstərərək onlardan hər birinə xüsusi yanaşdığımızı nümayiş etdirməyə çalışırıq.
